“Biz hamımız virusla mübarizəni yaşamışıq” - TÜRKİYƏDƏN GƏLƏN HƏKİM - VİDEO
Sosial
REACT-C19 layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn 19 həkimdən biri olan Turanə Rəsulova koronavirusla mübarizə üsulları haqda məlumat verib.
News24.az-a danışan Ankara Hacettepe Universitetinin Anesteziya və Reanimasiya şöbəsinin həkimi T.Rəsulova qeyd edib ki, Azərbayana gələn həkimlər 4 qrupa bölünüb:“Layihəyə anesteziya və reanimasiya, daxili xəstəliklər, ağ ciyər xəstəlikləri üzrə uzmanlar cəlb edilib. Biz fərqli ixtisaslar üzrə seçillmişik və dörd qrup üzrə fəaliyyət göstərəcəyik. Bu qruplar 14 gün ərzində ayrı-ayrı xəstəxanaların pandemiyaya hazırlıqlı vəziyyətə gətirilməsi, həmkarlarımızı xüsusi təlimlərlə tanış etməklə məşğul olacaq. Hər xəstəxanada 14 gün bilik və bacarıqlarımızı paylaşacağıq”.
T.Rəsulova edib ki, koronavirusla mübarizə üçün vətənə gələn həkimlərin hamısı Türkiyədə COVID mərkəzi kimi elan olunmuş xəstəxanalarda çalışıblar:“Yəni, biz COVİD-lə mübarizənin necə aparıldığını həkim olaraq bilavasitə gözümüzlə görmüş, yaşamış və təcrübədən keçirmilş insanlarıq. Bunlardan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə bağlı qaydalarının həyata keçirilməsi, xəstəxana quruculuğu və idarə edilməsi detallarına aid ayrı bir təlim də keçmişik. Bu təlimlərin Azərbaycanda görəcəyimiz işlərə böyük faydası olacaq”.
Turanə Rəsulova koronavirusdan qorunmaq qaydalarından da danışıb:“Ən önəmlisi əl gigiyenasıdır. Gündəlik maksadan istifadə edin. Azərbaycan Hökümətinin və TƏBİB-in məsləhətləri çox ciddi və doğrudur. Bu məsləhətlər ÜST-ün tövsiyyələrinə əsaslanır. Əllərin tez-tez dirsəyə qədər 20 saniyə ərzində yuyulması lazımdır. Əlləri üzə yaxınlaşdırmamaq, 1 metrlik sosial məsafəni qorumağı məsləhət görürəm”.
Həkim bildirib ki, əsas məqsəd pandemiyanı idarəolunabilən hala gətirməkdir:“Əslində koronavirus infeksiyasında dövlətin siyasəti bundan ibarətdir ki, xəstəliyə yoluxma hallarını yavaşlatsın. Çünki, xəstəlik ağırlaşanda ARDS dediyimiz ağ ciyərin respirator kəskin çatışmazlığı sindromuna gətirib çıxarır ki, bu da süni ventilyasiya tələb edir. Bu durumdakı xəstə axını olarsa qarşısını almaq olmaz. Çünki dünyanın heç bir xəstəxanasında o qədər çox sayda bəs olacaq qədər ventilyasıya aparatı tapmaq mümkün deyil.
Bu da səhiyyə sisteminin çökməsinə səbəb ola bilər. Bizim istədiyimiz odur ki, xəstə mexaniki ventilyasiya aparatına qoşulmasın, xəstəliyi daha yüngül formada keçirsin. Məqsədimiz o şəkildə pandemiyanı yavaş-yavaş idarəolunacaq hala gətirmək, nəzarətdə saxlamaqdır”.
T.Rəsulova koronavirusa yoluxan xəstələrdə tibbin aciz qaldığı əsas simptomu da açıqlayıb:“Xəstəliyin ən ağır forması ağ ciyərin respirator kəskin çatışmazlığıdır. Xəstə süni nəfər aparatına qoşulmasa, nəfəs ala bilmir. Bu da nəticədə orqan çatışmazlığına gətirib çıxarır ki, bu mərhələdə də tibb heç nə edə bilmir”.
Həkim COVID-19-un anemiyaya da səbəb olduğunu qeyd edib:“Son araşdırmalarda koronavirusun qanazlığı yaratdığı qeyd olunub. Bu virusun patagenize dediyimiz inkişaf mexanizmasının digərlərindən tamamilə fərqli olduğunu görürük. Virus çox yenidir və araşdırmalar aparılır. Belə qısa müddətdə ararılan araşdırmalar yetərli deyil. Buna görə də son sözü demək hələ tezdir”.
Teymur Məmmədov
VİDEO: Fərid Şabanov