Bu il elektron qaydada təyin olunan sosial müavinət və təqaüdlərin sayı açıqlandı

Bu il elektron qaydada təyin olunan sosial müavinət və təqaüdlərin sayı açıqlandı Sosial

2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Onların 51,8 faizini kişilər, 48,2 faizini isə qadınlar təşkil edib.

Bu barədə News24.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.