Azərbaycanda Novruz bayramı qeyd edilir
Sosial
Azərbaycanda Novruz bayramı qeyd edilir.
News24.az xəbər verir ki, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.
Bu il Novruz bayramı ilə birlikdə Ramazan bayramı da qeyd edilir. Hər iki bayram eyni vaxta təsadüf etdiyindən Azərbaycanda qeyri-iş günlərinin sayı da artıb.
Bayramlarla əlaqədar olaraq martın 20-dən 31-dək ölkədə bayram tətilidir.