Bu rayonlarda gediş-gəliş - BƏRPA OLUNUR

Bu rayonlarda gediş-gəliş - BƏRPA OLUNUR Sosial
Azərbaycanda bəzi ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş qadağası aradan götürülür.

News24.az xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata əsasən, mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunacaq. 

Qeyd edilir ki, ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna edilir.