Buraxılış imtahanında abituriyentlərə əlavə vaxt verilə bilər - DİM
Sosial
11 illik buraxılış imtahanlarının sonunda abituriyentlərə əlavə vaxt verilməsi planlaşıdırılır.
News24.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında DİM-in şöbə müdiri Könül Hacıyeva məlumat verib.
Onun sözlərinə görə, imtahan prosesinin daha rahat və stresssiz keçirilməsi məqsədilə əlavə 15 dəqiqə vaxt ayrılması nəzərdən keçirilir:
K.Hacıyeva bildirib ki, artıq bu istiqamətdə xüsusi layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub:
“Hazırda sənədin təsdiqlənməsi prosesi davam edir. Layihə təsdiqlənəcəyi təqdirdə, yeni qaydanın növbəti buraxılış imtahanlarından etibarən tətbiqi mümkün olacaq”.