Buraxılış imtahanlarında iştirak etməyənlərə şad xəbər

Buraxılış imtahanlarında iştirak etməyənlərə şad xəbər Sosial
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 8-də əlavə imtahan keçiriləcək.

DİM-dən  daxil olan məlumata görə, buraxılış imtahanları Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. İmtahanlarda IX sinif buraxılış imtahanının I mərhələsi üzrə 682, II mərhələsi üzrə 197, XI sinif üzrə isə 164 şagirdin iştirakı gözlənilir. İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq. 
Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidir.

Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.