“Bəzi universitetlər distant təhsilə keçəcək” - Nazir

“Bəzi universitetlər distant təhsilə keçəcək” - Nazir Sosial

“WUF13 tədbiri ilə əlaqədar olaraq müəyyən bölgələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərində dərslər müvəqqəti olaraq onlayn formatda təşkil ediləcək. Məktəbəqədər təhsil müəssisələri isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək”.

News24.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məlumat verib.

Nazirin sözlərinə görə, qərar WUF13 çərçivəsində paytaxtda gözlənilən intensivlik və nəqliyyat yükü nəzərə alınaraq qəbul olunub:

“Təhlükəsizlik, hərəkətin rahat təşkili və tədris prosesinin fasiləsiz davam etdirilməsi məqsədilə bəzi ərazilərdə məktəblər distant təhsil rejiminə keçəcək. Eyni zamanda ali təhsil müəssisələrində də tədris müvəqqəti olaraq onlayn formada aparılacaq”.

Nazir qeyd edib ki, universitet və digər ali təhsil ocaqlarında dərslərin distant təşkili tələbələrin və müəllim heyətinin rahatlığının təmin olunmasına hesablanıb.