Çində koronavirusdan ölənlərin sayı - iki mini keçdi

Çində koronavirusdan ölənlərin sayı - iki mini keçdi Sosial
Çində koronavirus qurbanlarının sayı durmadan artır.

News24.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə 2 004 nəfər virusdan ölüb. 14 376 xəstə sağalıb. 

Bildirilir ki, ölkədə virusa yoluxanların sayı da artaraq 74 185 nəfərə çatıb.

Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Xubey əyalətində baş verib.