Corc Buş hansı namizədi dəstəkləyəcək?

Corc Buş hansı namizədi dəstəkləyəcək? Sosial


Keçmiş prezident Corc Buş qarşıdan gələn seçkidə namizədlərin heç birinə dəstək verməyəcək və heç kimə də səs verməyəcək.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə onun mətbuat xidmətindən məlumat verilib.

“Prezident Buş uzun illər əvvəl prezident seçkiləri ilə bağlı siyasi mübarizədən çəkilib”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.