İctimai nəqliyyatda kartla ödənişlərdə problem yaranıb? – Rəsmi məlumat
Sosial
"Birbank" son vaxtlar ictimai nəqliyyatda kartla edilən ödənişlər zamanı yaranan anlaşılmazlıqlara cavab olaraq rəsmi açıqlama yayıb.
News24.az xəbər verir ki, bank tərəfindən edilən müraciətdə metro və avtobuslarda həyata keçirilən təmassız ödəniş məlumatlarının bank sisteminə bəzən texniki səbəblərdən gecikmə ilə ötürüldüyü bildirilib. Məhz bu səbəbdən gediş haqqı məbləği kartdan dərhal deyil, bir müddət sonra silinə bilər.
Bank müştəriləri narahat olmamağa səsləyərək qeyd edib ki, balansdan heç bir halda əlavə və ya təkrar məbləğ tutulmur, sadəcə olaraq gecikmiş tranzaksiyalar sonradan icra olunur. Açıqlamada həmçinin vurğulanıb ki, vətəndaşlar Birbank kartlarından ictimai nəqliyyatda hər hansı tərəddüd etmədən və rahatlıqla istifadə etməyə davam edə bilərlər. (Yeni Sabah)