Daha bir marşrutun avtobusları yenilənir

Daha bir marşrutun avtobusları yenilənir Sosial

Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 6 böyüktutumlu “Yutong” markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobuslar aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək.

Məlumata görə, ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq.

Qeyd edək ki, sözügedən avtobuslarda ödəniş nağdsız qaydadadır.