İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq

İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq Sosial

“Bu il 150–200 bal aralığında nəticə göstərən abituriyentlər üçün I və II ixtisas qruplarında seçim imkanları əvvəlki illərlə müqayisədə daha geniş olacaq”.

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ötən il I ixtisas qrupunda 150 balla qəbul aparılan 11 ixtisas mövcud idi:

“Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK alt qrupuna aid idi. Bu ildən həmin siyahı genişləndirilir. Riyaziyyat- İnformatika (Rİ) alt qrupuna aid daha iki ixtisas kompüter mühəndisliyi və informasiya texnologiyaları da siyahıya əlavə olunur. Beləliklə, RI alt qrupu üzrə 150–200 bal toplayan abituriyentlər də bu ixtisaslar üzrə seçim edə biləcəklər”.

O qeyd edib ki, bundan başqa, II ixtisas qrupunda da təxminən 7 yeni ixtisas 150 balla qəbul aparılan ixtisaslar siyahısına daxil edilib:

“Nəticədə, 150–200 bal aralığında nəticə göstərən abituriyentlərin hər iki ixtisas qrupu üzrə seçim imkanları daha da artacaq”.