DİM: Bu gün keçirilən imtahanın nəticələrin 2 həftə ərzində elan ediləcək

DİM: Bu gün keçirilən imtahanın nəticələrin 2 həftə ərzində elan ediləcək Sosial

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

DİM-dən News24.az-a bildirilib ki, sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq.

Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.