DİQQƏT! Bakıda bu marşrutların hərəkət sxemi - DƏYİŞDİRİLDİ

DİQQƏT! Bakıda bu marşrutların hərəkət sxemi - DƏYİŞDİRİLDİ Sosial
Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən  News24.az-a verilən məlumata görə, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.
Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.