DİQQƏT! Bakının bu rayonunda - SU OLMAYACAQ

DİQQƏT! Bakının bu rayonunda - SU OLMAYACAQ Sosial
 Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 19 fevral 2020-ci il tarixində gecə saatlarınadək Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq. 

News24.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.