Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutub

Ermənilər Ağdamda yaşayış məntəqəsini atəşə tutub Sosial
Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

News24.az
APA-ya istinadən xəbər verir ki, ermənilərin atdığı çoxsaylı mərmilər Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış Qiyaslıdan olan məcburi köçkün Qalib Babayevin yaşadığı evə düşüb.

Nəticədə ev dağılıb, ciddi ziyan dəyib.