ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş - KEÇİRİLİB

ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş - KEÇİRİLİB Sosial

İyulun 9-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Koorporasiyasının icraçı direktoru cənab Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabr ayında keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.