"Əxlaqın olmasa, ibadətinə də qiymət verməzlər" - Hacı Soltan

"Əxlaqın olmasa, ibadətinə də qiymət verməzlər" - Hacı Soltan Sosial

"Qədimdə mədrəsələrdə Quran oxutdururdular. Quran oxuyan tələbələrə Sadi Şirazinin "Gülüstan", "Bustan" əsərlərini də əzbərlətdirirdilər". 

News24.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Zamirə Dadaşovanın təqdimatında RTV-də yayımlanan "Zamirə ilə açıq söhbət" layihəsinin budəfəki qonağı Hacı Soltan deyib.

""Gülüstan" əsəri səkkiz fəsildən ibarətdir: 1.Padşahların davranışı, 2.Dərvişlərin əxlaqı, 3.Qənaət və razılıq, 4.Sükutun faydaları, 5.Sevgi və gənclik, 6.Yaşlılıq və zəiflik, 7.Tərbiyə və tərbiyə üsulları, 8. Dua və Tanrı ilə əlaqə.

Bu əsəri oxutdurmaqlarının səbəbi var idi. Belə ki, Quranı oxuyub, namaz qılıb, Allahla rabitə qurub, davranış qaydaların mükəmməl səviyyədə olsun, əxlaqın, ədəbin olmazsa, sənin oxuduğuna da, ibadətinə də qiymət verməzlər".

Ətraflı videoda:

Günel Məlikzadə