FHN Masallıdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı

FHN Masallıdakı ağır yol qəzası ilə bağlı məlumat yaydı Sosial
Fövqəladə Hallar Nazirliyi (FHN) Masallı rayonunda “Mercedes” markalı mikroavtobusla "KamАz" markalı yük avtomobilinin  toqquşması barədə məlumat yayıb. 

Nazirlikdən News24.az-a verilən məlumat görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. 
Onlar mikroavtobusda olan 7 nəfərin meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.