Tofiq Bəhramovun nəvəsinə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

Tofiq Bəhramovun nəvəsinə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO Sosial

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib. 

News24.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib. 

Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. 

Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.



Tofiq Bəhramovun nəvəsinə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO