Gəncədəki bağçada qalmaqal: Uşaqlara “tormoz”, “tupoy” deyilib - İDDİA
Sosial
Gəncədə uşaq bağçalarından birində tərbiyəçinin azyaşlılara qarşı kobud davranışı ilə bağlı iddialar gündəmə gəlib.
News24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda tərbiyəçinin uşaqlara qarşı təhqiredici ifadələr işlətdiyi bildirilib.
İddialara əsasən, o, azyaşlılara “tormoz” və “tupoy monqol” kimi sözlər deyib. Hadisənin hansı uşaq bağçasında baş verdiyi isə hələlik məlum deyil. (Modern)