Goranboy rayonunda yeni - TƏYİNAT
Sosial
Goranboy rayon Memarlıq və Tikinti şöbəsində yeni təyinat olub.
News24.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsinə Rüstəm Eldar oğlu Mehdiyev təyin olunub.
Qeyd edək ki, həmin vəzifədə çalışan Qabil Nəbi oğlu Həsənov bir neçə ay öncə tutduğu vəzifədən azad edilib.