Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi Sosial

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

DDLA-dan News24.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək.

"Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir", - məlumatda qeyd olunur.

Məlumata görə, dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.