Həcc ziyarəti üçün qeydiyyat başa çatdı
Sosial
2026 il üçün Həcc kvotası tamamlanıb.
Bu barədə News24.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, 1150 nəfər Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçib.
"Kvotanın tamamlanmasına baxmayaraq, müraciətlər davam edir. Amma yer bitib. Onlar yenidən gələn il müraciət edə bilərlər", - Vüsal Cahangiri bildirib.