İlon Mask Ağ Evdə nə yaşayıb? – Atası açıqladı

İlon Mask Ağ Evdə nə yaşayıb? – Atası açıqladı Sosial


İlon Maskın atası Errol Mask oğlunun Ağ Evdəki fəaliyyəti nəticəsində posttravmatik stress pozuntusu (PTSP) yaşadığını bildirib.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə o, “İzvestiya”ya verdiyi müsahibədə danışıb.

“Düşünürəm ki, İlon bir səhv etdi, amma bu, yorğunluqdandır. O, stres altındadır”, – deyə Mask bildirib.

Errol Mask qeyd edib ki, son beş ay ərzində Ağ Evdə gərgin iş mühiti hökm sürüb və bu, oğlunun psixoloji vəziyyətinə təsirsiz ötüşməyib.