İndiyədək koronavirusa yoluxan şagird və məktəb heyətinin sayı açıqlandı

İndiyədək koronavirusa yoluxan şagird və məktəb heyətinin sayı açıqlandı Sosial

Azərbaycanda indiyədək koronavirusa yoluxan şagirdlərin sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev məlumat verib.

O bildirib ki, ötən il sentyabrın 15-dən bu günə kimi COVID-19-a yoluxan şadirdlərin sayı 25 min 370-dir. 

R.Ağayev həmçinin məktəb heyətindən 15 min 128 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb.