Kişilər qadınlardan məsləhət almalıdır - Sosioloq

Kişilər qadınlardan məsləhət almalıdır - Sosioloq Sosial


Son zamanlar cəmiyyətdə əksər ailəli kişilərin özünə inam problemi yaşadıqları kimi çatışmazlığın olduğu deyilir. Qadınlar hətta boşanmalar, ailə daxili söz-söhbətlərin səbəbi kimi də kişilərin özlərinə unamın aşağı olmasını dilə gətirirlər. Bəs problemin həlli səbəbləri hansılardır? 

Bu barədə News24.az-a açıqlama verən sosioloq Aytac Məmmədli bildirib ki,

Azərbaycandə ailəli kişilərin 85 faizi pulla rəftar qaydasını bilmirlər. 

"Pulla düzgün rəftar edilmədikdə, ailəyə, övlada düzgün pul xərcləyə bilməyəndə, ailəni maddi cəhətdən təmin edə bilməyəndə kişilərdə özgüvən azalır. 

Ailədə söz-söhbətlərin əsas səbəblərindən biri maddi məsələlərdir. Vacibdir ki, kişilər qadınları dinləsin, ümumiyyətlə, ailədə pulu qadınla məsləhətləşib xərcləmək lazımdır", - deyə o əlavə edib. 

Sosioloqun sözlərinə görə, ümumillikdə ailə büdcəsi formalaşdırmaq əsas amillərdən biridir.

"Bir ailənin xoşbəxt olmasında qarşılıqlı anlaşma olduqca əhəmiyyətlidir. Kişi qadını hökmən dinləməlidir. 

Ailə başçısının özgüvəninin azalması ciddi problemlərə gətirib çıxarır, həyat yoldaşı ilə mübahisələr, idarəçiliyin itirilməsi kimi problemlər anlaşılmazlığın əsas səbəblərindəndir.

 Ümumiyyətlə, ailələrdə pul xərcləmək mədəniyyəti olmalıdır. Kiçik bir misal deyim, 3 otaqlı evdə sərt deyil ki, hər bir otaqda televizor olsun, hər otağa televizor almaqdansa, o pula daha vacib olanları almaq daha yaxşı olar. 

Bir çox kişilərdə isə yanlış düşüncə var ki, onların qazandığı pul, ancaq onlara məxsusdur. 

Ümumiyyətlə, bir çox vaxtlarda qadınların maliyyə sistemi çox mükəmməl olur. Qadınlar nəyin hara xərcləmək lazımdır, incəliklərinə qədər bilirlər”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Ağa Dadaşzadə

Kişilər qadınlardan məsləhət almalıdır - Sosioloq