Ucarda yeniyetmənin ana olması ilə bağlı bəzi TƏFƏRRÜATLAR – VİDEO

Ucarda yeniyetmənin ana olması ilə bağlı bəzi TƏFƏRRÜATLAR – VİDEO Sosial

Xəbər verdiyimiz kimi, Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirib.

News24.az xəbər verir ki, hadisə ilə bağlı həmin qızın anası danışıb.

Ana iddia edib ki, hadisədə günahkar qonşusudur.

“Xəbərim olmayıb. Martın 31-i qızımı həkimə apardım, orada bildim ki, hamilədir. Qız deyir ki, qonşu Vəliyev Sabir ona təcavüz edib. O qonşu ilə gedişli-gəlişli olmuşuq. Yaxın idik”, - deyə o əlavə edib.

Adıçəkilən qonşunun atası isə bildirib ki, onun oğlunun bu məsələdə günahı yoxdur:

“6-7 nəfəri şöbəyə çağırıb izahat alıblar. DNT nəticələrində bilinəcək. Uşağımın üstünə şər atırlar”.

Faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında müvafiq araşdırmalara başlanılıb.

Daha ətraflı “APA TV”nin süjetində:

**15:15

"Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılmışdır".

Bu sözləri News24.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.

Onun sözlərinə görə, yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir:

"Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcəkdir.

Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir".

Qeyd edək ki, Ucar rayon sakini 15 yaşlı yeniyetmə aprelin 14-də saat 19:00 radələrində doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Ona 31-32 həftəlik hamiləlik diaqnozu təyin edilib. Pasiyent saat 20:20 radələrində cinsi kişi, çəkisi 1900 qram, boyu 44 sm uşaq dünyaya gətirib.