Koronavirus təhlükəsi: Uşaqları həyətə çıxaraq, yoxsa...-Pediatrdan - AÇIQLAMA

Koronavirus təhlükəsi: Uşaqları həyətə çıxaraq, yoxsa...-Pediatrdan - AÇIQLAMA Sosial
Koronavirusla bağlı yaranan karantin rejimi azyaşlı övladı olan valideynləri də çıxılmaz vəziyyətə salıb. Onlar uşaqlarını günəşli havada evdən bayıra, yəni gəzintiyə çıxarmağa ehtiyat edirlər.

Bunula bağlı pediatr Aytən İsmayılzadə News24.az-a fikirlərini bölüşüb. “Bu günlərdə mənə ən çox verilən "uşağı havaya çıxara bilərəmmi?" sualıdır. İnanın ki, uşaqların və anaların yerinə özüm darıxmağa başlamışam. Əlbəttə, niyə də yox! Mütləq çıxarın. Uşaqlar evdə qaldıqca, aqressiv, əsəbi və yorğun olur. Həyət evi olanlar da öz həyətinə çıxmaqdan çəkinir. Həyət evində yaşayanlar, kənddə, rayonda yaşayanlar, demirik ki, uşaq qonşuları gəzsin. Amma həyətə düşüb oynasın. Sadəcəı, nəzarət etmək lazımdır ki,  yer qazmasın, sürüşkəndə sürüşməsin, amma qaçdı-tutdu, gizlənqaç oynasın,velosipedini, “samokatı”nı sürsün. Körpələri kolyaskasında, kenquruda, o da yoxdursa, qucaqda gəzdirin. Bina evində yaşayanlar həyətə enərkən liftdən, sürahidən istifadə etməməyə çalışsınlar. Mumkun deyilsə, o zaman düyməni basarkən, sürahidən tutarkən birdəfəlik salfetdən istifadə edin”.

Pediatr qeyd edib ki, uşaq həyətdə olarkən əlini ağzına aparmamasına diqqət etmək lazımdır: “Bunun üçün onların da maska taxmasında fayda var. yaxşı olar ki, valideynlər də qoruyucu maska, gün eynəyi taxsınlar. Eynəyi evə gəldikdən sonra əluzyuyan çanaqda sabun və bol su ilə yusunlar. Gəzmək üçün çox uzağa getməmək, ictimai nəqliyyatdan istifadə etməmək məsləhətdir. Qonşuları görəndə onlarla uzaqdan salamlaşsınlar, Yaxın təmas qurmasınlar. Unutmasınlar ki,  söhbət üçün deyil, uşaq hava alsın deyə gəzintiyə çıxıblar. Bir də onu məsləhət görərdim ki, uşaqları hava almağa nənə-baba yox, ana - ata çıxarsın. 

Afaq Mirayiq