Kürdən kişi - MEYİTİ TAPILDI

Kürdən kişi - MEYİTİ TAPILDI Hadisə
Kür çayında batan şəxsin meyiti sudan çıxarılıb.

FHN-dən News24.az-a  verilən məlumata görə, çayın Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun axtarışları başa çatıb. Q.Səlimovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.