Lənkəranda ağır yol hadisəsi- meyit yük avtomobilinin altından güclə çıxarıldı
Sosial
Lənkəran şəhərinin Gərmətük qəsəbəsində “ГАЗ” markalı yük avtomobili və “Mersedes” markalı minik avtomobili toqquşub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri aşmış yük avtomobilinin altından sürücü 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlunun meyitini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.