Lerikə 1 metr 20 sm hündürlüyündə qar yağdı - VİDEO

Lerikə 1 metr 20 sm hündürlüyündə qar yağdı - VİDEO Sosial
Cənub bölgəsinə güclü qar yağıb. 

Bu haqda Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov deyib.

Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:

"Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı. Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu. Amma "Azərişıq" ASC-nin əməkdaşlarının köməkliyi ilə problem aradan qaldırılıb. Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır". /Trend/

Lerikə 1 metr 20 sm hündürlüyündə qar yağdı - VİDEO
https://www.trend.az/player.php?f= https://cdn.trend.az/2020/02/11/video_lerik_snow_110220.mp4