Magistraturaya elektron sənəd qəbuluna başlanılır
Sosial
24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.
Bu barədə News24.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.