Mayın 31-dən sonra müəyyən yumşaldılma tədbirləri - MÜZAKİRƏ OLUNUR

Mayın 31-dən sonra müəyyən yumşaldılma tədbirləri - MÜZAKİRƏ OLUNUR Sosial
“Hazırda xüsusi karantin rejimi ilə bağlı ölkədəki vəziyyət kompleks şəkildə qiymətləndirilir və növbəti addımların atılması nəzərdən keçirilir”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, müəyyən yumşaldılma tədbirləri də müzakirə olunmaqdadır: “Mayın 31-dən sonra xüsusi karantin rejimi ilə bağlı hər hansı fikrin söylənməsi tez olar”.

Afaq Mirayiq
Foto: Fərid Şabanov