Mediada gender bərabərliyini pozan başlıqlar TƏNQİD OLUNDU

Mediada gender bərabərliyini pozan başlıqlar TƏNQİD OLUNDU Sosial

“Bu gün “Google”da axtarış etsək ki, “qadın oğurluq etdi” başlığı ilə yayımlanmış minlərlə xəbər qarşımıza çıxacaq. Bu isə gender bərabərliyinin pozulmasıdır və yolverilməzdir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib.

O bildirib ki, qadın və uşaq hüquqlarının pozulması hələ də geniş yayılmış problemlərdən biri olaraq qalır. Onun sözlərinə görə, bu sahədə həm mediada istifadə olunan dil, həm də məlumatların təqdim olunma forması xüsusi əhəmiyyət daşıyır:

“Elə hallar var ki, xəbərlərdə hadisənin mahiyyətindən çox, cinsiyyət ön plana çəkilir. Bu isə cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur və stereotipləri daha da gücləndirir”.

Elgün Səfərov əlavə edib ki, Azərbaycan dilində istənilən səviyyədə və keyfiyyətdə onlayn resursların azlığı da ciddi problemlərdən biridir:

“Bu amil xüsusilə uşaqların və yeniyetmələrin düzgün və etibarlı məlumatlara çıxış imkanlarını məhdudlaşdırır. Hökumət bu sahədə geniş maarifləndirmə tədbirləri həyata keçirir, lakin buna baxmayaraq, bu tendensiyanın hələ də geniş yayıldığının şahidi oluruq”.