Məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil başlayır

Məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil başlayır Sosial
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1–5 may tarixləri tətil günləridir.

News24.az xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub.
Bildirilir ki, cari tədris ilində də 1–5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.