Məşhur alimdən qorxunc iddia: - “Bakıda zəlzələnin olması labüddür”

Məşhur alimdən qorxunc iddia: - “Bakıda zəlzələnin olması labüddür” Sosial

“Bakı seysmik zonada yerləşir. Bu baxımdan zəlzələnin olması labüddür”.

News24.az bildirir ki, bu fikirləri Musavat.com-a AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib. 

O qeyd edib ki, zəlzələ olsa da, qorxulu vəziyyət gözlənilmir: 

“Güclü zəlzələ olma ehtimalı yoxdur. Zəlzələ olsa da, güclü dağıntı yarada bilməz. Maksimum 5 ballıq zəlzələ ola bilər. Bunun dəqiq nə zaman baş verəcəyini demək isə mümkün deyil. Son zamanlar baş verən zəlzələlər çox güclü deyil. Seysmik stansiyalar 4 bala qədər olan zəlzələləri qeyd edir. Odur ki, narahatlığa ehtiyac yoxdur”.