"Meta" bu ölkələrə Aİ xüsusiyyətləri gətirməyəcək
Sosial
Apple keçən ay Aİ ölkələrində qarşıdan gələn süni intellekt xüsusiyyətlərinin buraxılış tarixini təxirə salacağını açıqlayıb.
News24.az xəbər verir ki, indi Meta, DMA-nın gətirdiyi tənzimləmə qeyri-müəyyənliklərini əsas gətirərək, Aİ ölkələri üçün gələcək süni intellekt modellərini təxirə salmağa qərar verib.
ABŞ şirkəti növbəti multimodal AI modelini və gələcək modellərini tənzimləyicilərin "aydınlıq olmaması" səbəbindən Aİ-dəki istifadəçilərdən uzaq tutacaq.
"Biz önümüzdəki aylarda multimodal Llama modelini buraxacağıq, lakin Avropa tənzimləmə mühitinin gözlənilməz təbiəti səbəbindən Aİ-də deyil" Meta dedi.
Aİ-nin rəqabət tənzimləyicisi Apple-ın qərarını rəqabət əleyhinə davranışın "çarpıcı açıq bəyanı" adlandırıb.
Günel Məlikzadə