Metroda xəsarət alanların vəziyyəti AÇIQLANDI

Metroda xəsarət alanların vəziyyəti AÇIQLANDI Sosial

Dünən "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Aprelin 21-i Bakı metrosunda baş verən hadisə ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 2 nəfərin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, dünən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.