Metronun “28 May” stansiyasında - bu gecə saat 1-də…
Sosial
Fövqəladə Hallar Nazirliyi ilə «Bakı Metropoliteni» QSC metronun «28 May» stansiyasında «Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili» mövzusunda 30 avqust 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
News24.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.