Milli Mədəniyyətin Təbliği İctimai Birliyi maarifləndirici tədbir keçirib- - FOTO
Sosial
Milli Mədəniyyətin Təbliği İctimai Birliyi qərb bölgəsində ictimai şuraların təbliği haqqında regional tədbir keçirib.
News24.az-ın xəbərinə görə, birlik USAİD-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində, ABŞ-nın FHİ360 təşkilatının tərəfdaşlığı ilə dövlət qurumlarının fəaliyyətində şəffalıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyəti insititutları, ictimai fəal insanların idarəçilikdə rolunun artırılması məqsədi ilə maarifləndirici layihənin II hissəsini həyata keçirib.
Layihə çərçivəsində Gəncə şəhərində dövlət qurumlarının regional fəaliyyətlərinə diqqət yetirilib. Tədbirdə vətəndaş cəmiyyəti insititutlarının nümayəndələri, siyasi partiyalar, yerli özünü idarəetmə orqanları və dövlət qrumlarının regional nümayəndəlikləri iştirak edib.
Təbdirdə çıxış edən müstəqil expertlər ictimai şuraların fəaliyyətinin vətəndaşlar üçün əlçatan olmasını, bu sahədə əhalinin maarifləndirilməsinin önəmli olduğunu qeyd ediblər. Regionda yerləşən ictimai aktiv vətəndaşlara və birliklərə Gəncə şəhəri İcra Hakimiyyəti Yanında İctimai Şuranın yaradılmasında təşəbbüslə çıxış etmək tövsiyə olunub.
Ümumilikdə dövlət, yerli özünü idarəetmə, vətəndaş cəmiyyəti nümayəndələri və aktiv insanların iştirak etdiyi tədbirdə ictimai iştirakçılığın optimal təşkili haqqında müzakirələr aparılıb.