Milli Şurada daha bir - İSTEFA

Milli Şurada daha bir - İSTEFA Sosial
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

News24.az -ın məlumatına görə, R.Manaflı bu barədə özünün “Facebook” hesabında yazıb. O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.