MİQ müsabiqəsinin test imtahanı mərhələsinin tarixi açıqlandı
Sosial
MİQ-də olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir.
News24.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün keçirilən brifinq zamanı deyib.
O bildirib ki, direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır:
"Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək. 1-8 iyul tarixlərində MİQ müsabiqəsinin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulub".