Nardaran sakinindən - TÜFƏNG GÖTÜRÜLDÜ

Nardaran sakinindən - TÜFƏNG GÖTÜRÜLDÜ Sosial
Nardaran sakinindən odlu silah götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini S.Hüseynov müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı tüfəngi könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verib.