NATO Rusiya sərhədində təlimlərə başlayır
Sosial
NATO 16-27 iyun tarixlərində Finlandiya ərazisində Hərbi Hava Qüvvələrinin təlimlərini təşkil edəcək.
News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin rəsmi saytında məlumat verilib.
Təlimlərdə 40-dan çox təyyarə və təxminən min hərbçi iştirak edəcək.
Təlimlərdə Finlandiyaya məxsus qırıcılar, ABŞ-ın F-35A və F-15E təyyarələri, Böyük Britaniyanın “Tayfun", Fransanın "Rafale" qırıcıları və A400M hərbi-nəqliyyat təyyarəsi iştirak edəcək.