Nazirlik bu köynəkləri geyinməyi qadağan etdi

Nazirlik bu köynəkləri geyinməyi qadağan etdi Sosial

Nazirlik bu köynəkləri geyinməyi qadağan etdiTürkiyənin Təhlükəsiz Məhsul Məlumat Sistemində (GÜBİS) dərc edilən elanda Ticarət Nazirliyi bir markaya məxsus köynəyin satışına qadağa edildiyi bildirilib.

News24.az türk mediasına istinadən xəbər verir ki, vətəndaşlara "Caizen" markalı mavi kişi köynəyini almaq qadağan edilib.

Buna səbəb məhsulun tərkibində həddindən artıq qurğuşun aşkarlanması olub. Bu köynəklərin satışdan qaldırılması barədə qərar qəbul edilib.

Məhsulun kimyəvi risk daşıdığını açıqlayan nazirlik qərarın 7223 saylı "Kimyəvi Maddələrin Qeydiyyatı, Qiymətləndirilməsi, İcazəsi və Məhdudiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq verildiyini açıqlayıb./sonxeber