“Neftçi” – “Qarabağ” oyununda dava düşdü - 4 nəfər saxlanıldı+Video

“Neftçi” – “Qarabağ” oyununda dava düşdü - 4 nəfər saxlanıldı+Video Sosial

Ötən gün “Neftçi” və “Qarabağ” arasında keçirilən Azərbaycan derbisindən öncə azarkeşlər arasında dava düşüb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki komandanın fanatları bir-birlərinə hücum ediblər. 

Bununla bağlı DİN-ə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yaşanan insident nəticəsində 4 nəfər saxlanılıb:

“Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. İnsidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Araşdırma aparılır”.


https://qafqazinfo.bax.tv/embed/205575.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar\" frameborder=