Ötən il Azərbaycanda 17,317 şagird birinci sinfə - RUS BÖLMƏSİNDƏ başlayıb
Sosial
2020-2021-ci tədris ilində I-sinifə qəbul olan şagirdlərdən 148,544-i Azərbaycan, 17,317-i isə rus bölməsində tədrisə qoşulub. Ümumilikdə 165,861 şagird I-sinifə qəbul olub.
Bunu Təhsil Nazirliyinin mətbuat xidməti News24.az-ın sorğusunu cavablayarkən bildirib.
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının tədris dili dövlət dilidir.