Parkinq BAHALAŞDI - "İstədikləri qiyməti QOYURLAR"

Parkinq BAHALAŞDI - "İstədikləri qiyməti QOYURLAR" Sosial

Xəbər verdiyimiz kimi, Bakıda bir sıra mollarda parklanma qiyməti bahalaşıb. Bir müddətdir "28 Mall", "Gənclik Mall"da parklanma 0-1 saat üçün 2 AZN təşkil edir. Bu vaxta qədər həmin məbləğ 1 AZN idi.

Bəs qiymət artımının səbəbi nədir? Ümumilikdə parklanma tariflərində artım gözlənilirmi?

Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, adıçəkilən ticarət mərkəzləri özəl müəssisələrdir və bu səbəbdən oradakı qiymətlər dövlət tərəfindən tənzimlənmir:

“Bu ticarət mərkəzləri özəl ərazi sayılır və sahibkar istədiyi qiyməti təyin edir.

Onlar da yaxşı bilirlər ki, şəhərdə parklanma yerləri məhduddur, avtomobil sayı isə çoxdur. Bu vəziyyətdən sui-istifadə edərək qiymətləri artırmaq düzgün yanaşma deyil".

Ekspertin fikrincə, bu ərazilər şəxsi mülkiyyət olsa da, ümumi parklanma siyasəti baxımından belə məsələlər vahid bir sistemlə tənzimlənməlidir.


Günel Məlikzadə
News24.az