Paytaxtın bu rayonlarında qazın verilişində fasilə olacaq

Paytaxtın bu rayonlarında qazın verilişində fasilə olacaq Sosial

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

News24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz xətləri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan etibarən Sabunçu və Qaradağ rayonlarında bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.